“Azərpoçt” vətəndaşlara MÜRACİƏT ETDİ 

Hazırda oxunan: “Azərpoçt” vətəndaşlara MÜRACİƏT ETDİ 

149194

“Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov vətəndaşlara poçt şöbələrində nağdsız əməliyyatların aparılması ilə bağlı müraciət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə MMC-nin məlumatında qeyd edilib. 

“Azərpoçt” MMC artıq 2 ildir yenilənmə, şəffaflıq və inkişaf istiqamətləri üzrə müəyyən işlər görür. Ölkədə nağdsız əməliyyatlara dəstək, xüsusilə də “Azərpoçt”da poçt əməliyyatları zamanı maliyyə şəffaflığının təmin edilməsi məqsədilə artıq 700-dən çox poçt şöbəsi POS-terminalla təmin olunub.  

Ölkə üzrə bu rəqəm Bakı şəhərində yerləşən bütün poçt şöbələrini, regionlarda isə mərkəzi və şəhər tipli şöbələri əhatə edir.

Bu barədə vətəndaşları bir daha məlumatlandırmaq və sizdən şöbələrimizdə poçt xidmətlərindən faydalanan zaman nağdsız əməliyyatlara üstünlük verməyinizi xahiş edirik. 

Bu müraciət “Azərpoçt”da müştərilər və əməliyyatçılar arasındakı xidmət prosesi zamanı maliyyə şəffaflığının təmin olunması məqsədini daşıyır və bu məqsədə nail olmaq üçün vətəndaşların dəstəyinə ehtiyac var. 
“Şöbələrə yaxınlaşan zaman, sizə POS-terminal xidməti bu və ya digər səbəbdən təklif olunmadığı halda, mütləq bizimlə təqdim olunan mobil nömrə vasitəsilə əlaqə saxlayaraq, şikayətinizi bildirməyinizi xahiş edirik”, - müraciətdə deyilir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin