Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin və Quba icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 'Müasir çağırışlar və qarşıda duran əsas hədəflər" mövzusunda 3 günlük regional konfrans işə başlayıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, konfransdan əvvəl Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Quba icra hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Tariyel İbrahimov Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarət ediblər.
Heydər Əliyev mərkəzində keçirilən konfrans iştirakçəları əvvəlcə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərgi və kitab sərgisilə tanış olublar.
Yerli bələdiyyə sədrləri, inzibati ərazi nümayəndələri, ağsaqqallar, din xadimləri və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin qatıldığı konfransda mövzu ətrafında fikir mübadiləsi edilib.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri 7Mübariz Qurbanlı,Quba İh başçısının səlahiyyətlərini müvəqqəti icra edən Tariyel İbrahimov və digər çıxış edənlər ölkədə dini durumu müzakirə edib, qarşıda duran hədəfləri açıqlayıblar.
Konfrans qarşıdakı 2 gündə də davam edəcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
- A-
- A
- A+
Cəmiyyət
18:44 / 02.08.2023
Qubada daha bir regional KONFRANS - FOTO
Hazırda oxunan: Qubada daha bir regional KONFRANS - FOTO
Hazırda oxunan: Qubada daha bir regional KONFRANS - FOTO
149193
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.