“İstənilən şəxs “MyGov”a daxil olub “Sorğulanmış məlumatlarım” bölməsini seçəndə görəcək ki, xeyli sayda dövlət və özəl qurum, banklar sizdən xəbərsiz fərdi məlumatlarınıza baxıb”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti, İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə burada hətta vətəndaş öz məlumatlarına baxanların uzun bir siyahısını görə bilər:
“Banklarda olanların gecə-gündüz bilmədən, dövlət sistemlərində olan bu şəxsi məlumatları necə və nə üçün topladıqları məni təəccübləndirir. Hansı ki, vətəndaşın razılığı olmadan bu, qanunsuzdur.
Proses adətən belə baş verir: Qurumlar da, banklar da bilir ki, vətəndaşın hansısa razılığı olmadan bunu etmək qanunsuzdur və onu məhkəmə gözləyə bilər. Odur ki, vətəndaş nə zamansa identifikasiya olunmadan, adi bir loginlə harasa daxil olub xidməti almaqla bağlı nəsə təsdiqləyəndə, qurumlar, banklar dərhal, vətəndaşın xəbəri olmadan da fərdi məlumatlarına baxmaq razılığı alırlar”.
Osman Gündüz bütün bunların yolverilməz olduğunu hesab edir:
“Proses bu qaydada uzun müddətdir davam edir. Bildiyim qədər bunun qarşısını almaq üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yeni bir mexanizm hazırlayıb. Qurum bir neçə hökumət portalını özündə birləşdirən “Super Portal” və onun əsasında mobil “Rəqəmsal Cüzdan” da hazırlayır. Hansı ki, burada vətəndaşın şəxsi kabineti nəzərdə tutulub və elə burada da, qurumlardan bildirişlər almaq, sorğulanmış məlumatlarına münasibət bildirmək imkanı yaradılıb. Artıq vətəndaşın razılığı olmadan, hər hansı bank və ya qurum onun fərdi məlumatlarına baxa bilməyəcək”.
Ekspert əlavə edib ki, Super Portalda və Cüzdanda olan bir çox məlumatlar da artıq sadəcə məlumat deyil, data əsaslı "rəqəmsal sənəd" statusuna malik olacaq:
“Hansı ki, burada vətəndaşın şəxsi kabineti nəzərdə tutulub və elə burada da, qurumlardan bildirişlər almaq, sorğulanmış məlumatlarına münasibət bildirmək imkanı yaradılıb. Bu prosesdə SİMA rəqəmsal imzadan istifadə imkanı da nəzərdə tutulub. Artıq vətəndaşın razılığı olmadan, hansısa bank və ya qurum onun fərdi məlumatlarına baxa bilməyəcək.
Xatırladıram ki, bir neçə il öncə Avropada fərdi məlumatların qorunması ilə bağlı tam yeni standartlar hazırlanıb. RİNN açıqlama verib ki, bu standartlar əsasında "Fərdi məlumatlar haqqında" yeni qanun layihəsi də hazırlayıb və hökumətə təqdim edib. Hələlik bu yeni layihədən xəbər yoxdur”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:20 / 02.08.2023
DİQQƏT – Qurumlar sizdən xəbərsiz fərdi məlumatlarınıza BAXIR
Hazırda oxunan: DİQQƏT – Qurumlar sizdən xəbərsiz fərdi məlumatlarınıza BAXIR
Hazırda oxunan: DİQQƏT – Qurumlar sizdən xəbərsiz fərdi məlumatlarınıza BAXIR
149173
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.