Bərpa olunan enerji istehsalçısının seçilməsi üsulları MƏLUM OLDU 

Hazırda oxunan: Bərpa olunan enerji istehsalçısının seçilməsi üsulları MƏLUM OLDU 

149160

Azərbaycanda bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısı iki üsulla seçiləcək. 

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası"nda öz əksini tapıb. 

Qaydaya görə, istehsalçı həm hərrac yolu ilə, həm də birbaşa seçilə biləcək. 

Belə ki, hərraclarda minimum 2 iştirakçı olduqda bu proses başa çatmış hesab ediləcək. Amma dövlətin maraqları və strateji əhəmiyyət baxımından zəruri olan pilot və digər layihələrdə seçim birbaşa cəlbetmə üsulu ilə olacaq. Bunun üçün aidiyyəti qurum istehsalçı ilə birbaşa danışıqlar aparacaq və razılıq üçün dövlət başçısına müraciət edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin