AAAF Parkda qanunsuz tikinti aparan sahibkarın adı niyə MƏXFİ saxlanılır? – Qalmaqal BÖYÜYÜR – VİDEO

Hazırda oxunan: AAAF Parkda qanunsuz tikinti aparan sahibkarın adı niyə MƏXFİ saxlanılır? – Qalmaqal BÖYÜYÜR – VİDEO

149159

Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksinin girişində qanunsuz tikinti işləri aparıldığını xəbər vermişdik.

Bu iddia ilə bağlı Bizim.Media-ya sözügedən Kompleksin sakini Rasim Adıgözəlov çıxış etmişdi. Dediyinə görə yaşadığı Xırdalan şəhəri Heydər Əliyev prospekti 167, 24 saylı küçədəki binanın həyəti qanunsuz zəbt edilib və 6 sotluq ərazidə 2 mərtəbəli obyekt tikilir. Tikinti işlərinə iki həftədən artıqdır ki, başlanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

AAAF Park sakinindən ŞİKAYƏT – “Həyətimizi zəbt edib qanunsuz obyekt tikirlər” - VİDEO


Şikayətçi yaşadığı binanın həyətinin həm sakinlərə, həm də avtomobilin hərəkətinə məhdudlaşdırıldığından gileylənir. Həmçinin yanğına davamsız penoplast üzlükdən ibarət 215 mənzilli 3 bina sakinlərinin gələcəkdə baş verəcək yanğın hadisəsinə görə təhlükəyə atıldığından ehtiyatlanır.  

Məsələni araşdırdığımız zaman məlum oldu ki, AAAF Parkın təsisçisi Mövləddin Ramazanov da qeyd edilən ünvanda aparılan əsassız tikintidən narahatdır və bununla bağlı Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinə və Fövqəladə Hallar Nazirliyinə (FHN) şikayət məktubu ünvanlayıb. O, təsisçi olaraq tikintidən, satılmış torpaq sahəsindən məlumatsız olduğunu, ümumiyyətlə, “AAAF-İNŞAAT” MMC-nin apardığı tikinti işlərinin layihələrində, ərazinin baş planında belə bir tikintinin yer almasının nəzərdə tutulmadığını bəyan edib. 

Şirkətin hüquqşünası Emin Kərimov isə saytımıza açıqlamasında qeyd olunan ərazidəki torpaq sahəsi AAAF Park İnşaat MMC-yə məxsus olmadığını, o torpaq sahəsinin özəlləşdirilmiş, mülkiyyət hüququ təsdiq olunmuş üçüncü şəxsə aid olduğunu deyib. Onun sözlərinə görə üçüncü şəxs tərəfindən aparılan tikintinin qanunauyğun olub-olmamasına şirkət cavabdeh deyil. Bu məsələ ilə bağlı aidiyyəti dövlət orqanları var. Marağına toxunan şəxslər həmin qurumlara müraciət edə bilər. 

Əlavə olaraq Abşeron rayon İcra Hakimiyyətinin rəsmisi Seymur Qasımov da tikinti aparılan ərazinin şəxsi əmlak olduğunu qeyd edib. 

Maraqlıdır, sözügedən əmlak sahibi kimdir və rəsmi sənəd mövcuddurmu? Həmin ünvanda tikinti qanunvericiliyə uyğun olaraq aparılır? Mülkiyyət hüququ həmin şəxsə nə vaxt verilib?

Məsələ ilə bağlı Dövlət Əmlak Komitəsi Bizim.Media-nın sorğusunu cavablandırıb:

Məlumatda bildirilib ki, qeyd edilən torpaq sahəsi 21.07.2011-ci il tarixindən xüsusi mülkiyyətdədir:

“Digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində saxlanılan məlumatların verilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5-ci maddəsinə əsasən əldə edilməsi məhdudlaşdırılan informasiyaya aiddir. Həmin qanunun 5.1 və 5.1-1  maddəsinə əsasən sorğunuzda qeyd edilən daşınmaz əmlakla bağlı məlumatın verilməsi mümkün olmayıb”.

Sözügedən tikintinin qanunvericiliyə uyğun olaraq aparılıb-aparılmadığına gəlincə, Dövlət Əmlak Komitəsindən qeyd olunub ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Bakı şəhəri istisna olmaqla digər şəhər və rayonlarda tikintiyə icazənin verilməsi yerli icra hakimiyyəti orqanı tərəfindən həyata keçirildiyi üçün aidiyyəti üzrə müraciət edilməsi məqsədəuyğundur.

Qeyd edək ki, sözügedən problemlə bağlı tikinti normalarına və qaydalarına riayət olunmur.

Bina ilə yeni tikinti arasında 4 metr ara məsafəsi saxlanılıb. Halbuki binalar arasındakı məsafə yan-yana binalarının hündürlüklərinin cəmi qədər olmalıdır. Minimum isə ikisinin hündürlüyünün cəminin yarısı qədər olmalıdır. Əgər evlərin arasında yol varsa, yolun eni ən azı iki metr olmalıdır. Yoldan sonra isə iki metr səki olmalıdır. 

Bütün bunlara riayət olunarsa, həmin kompleksdəki binaların arasında 25-30 metrə qədər məsafə saxlanılmalıdır.



Alçina Amilqızı, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin