Alimenti ödəməyən şəxslər hansı hallarda məsuliyyətə CƏLB OLUNMUR?

Hazırda oxunan: Alimenti ödəməyən şəxslər hansı hallarda məsuliyyətə CƏLB OLUNMUR?

149003

Son illərdə boşanma halları kifayət qədər artıb. Statistikaya görə 2022-ci ildə 6920 boşanma qeydə alınıb.

Boşanma mərhələsindən sonra isə əsas müzakirə predməti olan məsələlərdən biri aliment olur. Bu problem ən yüngül halda mübahisəyə, bir çox hallarda isə cinayətə səbəb yaradır.

Bəzən isə şəxs müəyyən səbəblərdən alimenti ödəyə bilmir. Ya işləmir, ya xəstədir, yaxud da digər problemlər buna mane olur. Bu halda isə nə edəcəyini bilmir. Nəticədə məhkəmədən xəbərdarlıq gəlir və bəzən də qarşı tərəf uşağı valideynə göstərmir.

Bəs alimenti ödəyə bilməyən şəxslər nə etməlidir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hüquqşünas Şamil Paşayevin sözlərinə görə işləməyən insanlara aliment sadə pul məbləğində ehtiyac meyarı ilə hesablanır ki, bu il üçün ehtiyac meyarı 220 manat təyin edilib:

“Alimentin verilməsi 1 uşaq üçün maaşın üçdə biri, 2 uşaq üçün isə maaşın dörddən biri , beş və daha artıq uşaq üçün isə maaşın yarısı qədər nəzərdə tutulur. Bundan başqa işləməyən adamlar üçün sadə pul məbləğində aliment nəzərdə tutulur. Sadə pul məbləğində olan alimenti uşağı saxlamaq üçün uşaq kimdə qalırsa ona verilir. Yəni uşaq anada qalırsa ata, atada qalırsa ana alimenti ödəməlidir”.

Ekspert qeyd edib ki, davamlı olaraq alimentlə bağlı məhkəmə qərarı icra olunmasa, qanunun 306-cı maddəsinə əsasən şəxsin barəsində cinayət işi açıla bilər:

“Burda nəzərə alınmalı məqam alimentin ödənilməsi ilə bağlı olan məhkəmə qərarının icra olunmamasıdır. Alimenti ödəməyən şəxsi ilkin olaraq inzibati məsuliyyət gözləyir. Təcili olaraq məhkəmə qərarıni icra etməməyə görə şəxs məsuliyyətə cəlb edilə bilər”.

Şamil Paşayev onu da qeyd edib ki, əgər şəxs aliment üçün təyin olunan məbləğdən az ödəniş edirsə, bu məsuliyyət yaratmır.

“Amma burda nəzərə almaq lazımdır ki, ödəməmə səbəbi qərəzli olmamalıdır. Yəni şəxs müəyyən qism də olsa ödəniş edə bilər. Çünki adama 300 yaxud 500 manat aliment kəsilib və adamın ödəyəcəyi məbləğ qazandığından müəyyən bir hissəsi ilə mümkündür. Yəni şəxs, 100 manat və digər miqdarda aliment ödəyirsə, bu məhkəmə qərarını icra etməmək sayılmır. Buna görə də şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz”.

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin