44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Elvin Nizami oğlu Mikayılovun ad günü Göyçayda Alpout kəndində məzarı önündə qeyd olunub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, mərasimdə rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi əlilləri və iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Mərasimdə çıxış edənlər şəhid Elvin Mikayılovun qısa və mənalı həyat yolundan söz açmış, Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildiriblər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, şəhid Elvin Mikayılov 01.08.1986-ci il tarixdə Göyçay rayonu Alpout kəndində anadan olub və 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə cəlb edilib. 26 oktyabr 2020-ci il tarixində Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ölümündən sonra şəhid Elvin Mikayılov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. Allah rəhmət eləsin!
Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:47 / 01.08.2023
Göyçayda Vətən müharibəsi şəhidi anıldı – FOTO
Hazırda oxunan: Göyçayda Vətən müharibəsi şəhidi anıldı – FOTO
Hazırda oxunan: Göyçayda Vətən müharibəsi şəhidi anıldı – FOTO
149001
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.