“Broyler toyuqları tez kəsib, kənd çolpası adı ilə SATIRLAR” – SENSASİON İDDİA

Hazırda oxunan: “Broyler toyuqları tez kəsib, kənd çolpası adı ilə SATIRLAR” – SENSASİON İDDİA

148820

Çoxlarının qida rasionunda mütəmadi istifadə etdiyi toyuq əti görünüşcə aldadıcı ola bilir. Bəziləri iri broyler toyuqlarına üstünlük versə də, digər qism insanlar kənd toyuğunun daha faydalı olduğunu düşünür.

Son zamanlar isə belə bir iddia gəzir ki, marketlərdə satılan broyler toyuqlarının da əksəriyyətinin kiçik olmasına səbəb vaxtından əvvəl kəsilməsidir. Daha dəqiq desək toyuqda müəyyən bir xəstəlik simptomları görünəndə, yaxud hiss olunanda tez kəsimə yollayırlar.

Bəs əslində toyuqların normal çəkisi nə qədər olmalıdır?

Bizim.Media-ya açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə toyuqların kəsim prosesi standart deyil və kənd toyuqlarında bu 3-4 aydan başlayaraq 6-7-ci ayında artıq yeyilə biləcək şəkildə olur:

“Toyuq zülal tərkibli, tez həzm olan eyni zamanda əlçatan olduğu üçün bir çoxlarının sevimli qidası hesab olunur. Toyuqların vaxtından əvvəl kəsilməsi yaxud hansı vaxt kəsilməsi standart hesab olunmur, bu növünə görə dəyişə bilər.

Əgər biz hansısa bir təbii, kənd toyuğundan danışırıqsa, bu digərlərindən fərqlidir. Kənd toyuğu ləng inkişaf edir. Həmçinin təbii qidalandığı və yemini özü axtardığı, daha çox gəzdiyi üçün skleti daha güclü inkişaf etdiyi üçün xüsusilə gənclərimizin sevmədiyi bir qidaya çevrilib. Çünki əti daha az, sümüyü daha bərk olur. Lakin tərkibinin zənginliyinə görə bu daha faydalıdır”.

Ekspert qeyd edir ki, bəzən də insanları aldatmaq üçün broyler və yaxud inkbator şəklində saxlanılan toyuqları vaxtından əvvəl kəsib kənd toyuğu adı altında satırlar:

“Bu yolverilməz haldır, Bəzən olur ki, insanlar ekanom cəhətdən bu toyuqları almağa üstünlük vermir. Səbəb isə baha və çəkisinin az olmasıdır. Hesab edilir ki, bir ailəni doyuracaq qədər deyil. Çünki həmin broyler toyuğunun ətli olmağa meyilli olan növünü seçirlər. 
Demək olar ki, 42 günə artıq 2 kq-a yaxın toyuq əmələ gəlir. Bu cür sürətli böyümənin səbəbi isə çox hallarda hormonal dərmanlar olur. Birmənal olaraq buna görə də kənd və broyler toyuqları arasında böyük fərq var. Bu toyuqlar tərkibinin zənginliyinə deyil, doyumluluğuna, kalori miqdarına görə digərlərindən seçilir. Ancaq əlbəttə ki, təbii şəraitdə yetişən kənd toyuğu daha faydalıdır”. 

M.Hüseynova onu da vurğulayıb ki, toyuq alarkən birinci növbədə onun mənşəyinə diqqət yetirilməlidir:

“Keyfiyyəti bəlli olmayan,uzun müddət açıq havada saxlanılan, kənd toyuğu adı altında satılan və mənşəyi bəlli olmayan toyuqları qətiyyən istifadə etmək olmaz. Çünki zülal tərkibli olduğu üçün, eyni zamanda riskli qidalardan hesab olunduğuna görə mənşəyi bəlli olmayan toyuq orqanizmdə güclü zəhərlənməyə, hətta ölüm hallarına belə səbəb ola bilər”.

Röyanə Oğuz, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin