Satış məqsədi olmadan narkotik saxlamaqda ittiham olunan Kazakov Aleksandr Aleksandroviçin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Aleksandr Kazakovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib.
Qeyd edək ki, Kazakov Aleksandr Aleksandroviç Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:00 / 31.07.2023
Narkotik saxlamaqda təqsirləndirilən şəxsə bəraət verildi
Hazırda oxunan: Narkotik saxlamaqda təqsirləndirilən şəxsə bəraət verildi
Hazırda oxunan: Narkotik saxlamaqda təqsirləndirilən şəxsə bəraət verildi
148793
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.