“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.
Bizim.Media xəbər verir ki, daha bir şəhidimizin yeni doğulan övladının, şəhidimiz Həsən Həsənovun övladı HəsənCamalın zəruri xərcləri Fond tərəfindən qarşılanıb.
Bu məqsədlə 1000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.
Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.
Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:49 / 16.03.2021
Daha bir şəhidin övladına hesab açıldı - FOTO
Hazırda oxunan: Daha bir şəhidin övladına hesab açıldı - FOTO
Hazırda oxunan: Daha bir şəhidin övladına hesab açıldı - FOTO
14876
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.