Daha bir qəsdən yanğıntörətmə faktının üstü AÇILDI – FOTO/VİDEO  

Hazırda oxunan: Daha bir qəsdən yanğıntörətmə faktının üstü AÇILDI – FOTO/VİDEO  

148721

Azərbaycanda daha bir qəsdən yanğıntörətmə faktının üstü açılıb. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, iyulun 24-də nazirliyin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Aslanoba kəndi ərazisində yanğın baş verməsi və ətraf üçün təhlükənin yaranması barədə məlumat daxil olub. 

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı meşə zolağı və yüksəkgərginlikli hava elektrik xətlərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub. 

Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin Şahbaba Bayramnəzər oğlu Toryayev tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib. 
Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib. 

 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin