Balakəndə mənzildə baş verən yanğının səbəbi BİLİNDİ 

Hazırda oxunan: Balakəndə mənzildə baş verən yanğının səbəbi BİLİNDİ 

148713

Gecə radələrində Balakən rayonunun Püştətala kəndində fərdi mənzillərdən birində baş verən yanğının ilkin səbəbləri məlum olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gecə Balakənin ucqar Püştətala kənd sakini Həybullah Qarakişiyevə məxsus, ümumi sahəsi 170 kv/m olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib. 

Hadisədən qonşular xəbər tutub və dərhal ev sahibləri məlumatlandırılıb. Yanğının söndürülməsi məqsədi ilə əraziyə Fövqaladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Görülən qabaqlayıcı tədbirlər nəticəsində evin mətbəxində 20 kv/m-lik yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə yanıb.

Yanğının genişlənməsinin qarşısı alınıb və yaxınlıqdakı tikililər mühafizə edilib.

Yanğın söndürülərkən nə ev sahibləri, nə də digər şəxslər xəsarət alıb. İlkin məlumatlara görə, yanğın mətbəxdəki elektrik avadanlığından qaynaqlanıb və qısaqapanma baş verib. Hadisənin səsəbləri müvafiq orqan tərəfindən araşdırılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin