İyulun 30-u saat 18 radələrində Masallı rayon sakini 1979-cu il İlkanə Məmmədovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Masallı rayon prokurorluğu yayıb.
MÖVZU İLƏ BAĞLI:
Masallıda ər arvadını qətlə yetirdi
Aparılmış araşdırmalarla 1976-cı il təvəllüdlü Yalçın Məmmədovun rayonun Təklə kəndində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı arvadı İlkanə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürdükdən sonra özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bizim.Media