Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı avtomobili konstruksiya dəyişikliyi edərək idarə edən 7 sürücü müəyyən edilib və həmin nəqliyyat vasitələrinin saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilməsi təmin olunub.
Qaydaları pozan sürücülər arasında isə bir neçəsinin avtomobili sürücülük hüququ olmadan idarə etdiyi məlum olub.
Yol patrul xidmətinin əməkdaşları qayda pozuntusuna yol vermiş gənclərlə bir daha izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət etməyin vacibliyi onlara çatdırıblar.
Qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbir görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:02 / 30.07.2023
Salyanda 7 sürücü saxlanıldı - SƏBƏB
Hazırda oxunan: Salyanda 7 sürücü saxlanıldı - SƏBƏB
Hazırda oxunan: Salyanda 7 sürücü saxlanıldı - SƏBƏB
148651
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.