5 ailə üzvü qətlə yetirilən Meşəli faciəsinin şahidi: “Xaçaturyan qardaşımı girov götürdü”

Hazırda oxunan: 5 ailə üzvü qətlə yetirilən Meşəli faciəsinin şahidi: “Xaçaturyan qardaşımı girov götürdü”

148645

“Ermənilər 1991-ci ilin 22 dekabrında Xocalı rayonunun Meşəli kəndində ailəmizin 5 üzvünü amansızlıqla qətlə yetirdilər”.

Bizim.Media xəbər verir ki, bunu report.az-a müsahibəsində Meşəli faciəsində ailə üzvlərindən 5 nəfərini itirmiş Zəminə Əliyeva bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Xocalıda soyqırım törədən ermənilərdən biri Laçında SAXLANILDI - RƏSMİ


"Ailəmizin 3 üzvünü diri-diri yandırdılar. Ailəmizin 9 üzvündən 5-i - atam, anam, iki bacım və bir qardaşım amansızlıqla qətlə yetirilib. Çox dəhşətli gün idi. Əlli üç yaşlı atamı, 45 yaşlı anamı və 17 yaşlı bacımı diri-diri yandırdılar. On beş yaşlı bacımı ürəyindən güllələyib ardınca da 78 güllə vuraraq qətlə yetirdilər.

Qardaşım polis əməkdaşı idi. O, dağın üstündən kəndi güllə atəşinə tutan erməni silahlısını zərərsizləşdirilmək üçün gedən zaman snayperinin açdığı atəş nəticəsində şəhid oldu. Kiçik qardaşım Barat isə yaralı halda Vaqif Xaçaturyan tərəfindən əl-qolu bağlanılaraq maşının yük yerinə qoyularaq girov götürülüb. Qardaşım isə yolda əli-qolu bağlı özünü maşından dərəyə atıb. Xoşbəxtlikdən yaralı vəziyyətdə qaçaraq sağ qala bilib”.

Zəminə Əliyeva 25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçaturyanın saxlanılmasını eşitdikdə çox sevinib:

“Mətbuatdadan Vaqif Xaçaturyanın saxlanıldığını eşidəndə çox sevindim. Onu saxlayan oğullarımızın alnından öpürəm. Bir ana kimi onları bağrıma basıram. Allah dövlətimizdən razı olsun!”.

“Meşəli faciəsində dinc sakinlərimizin qanına əli batanların tutularaq öz cəzasını alması bizə təsəllidir. İnanırıq ki, digər cinayətkarlar da öz cəzasını alacaqlar", - Z.Əliyeva əlavə edib.
Qeyd edək ki, hərbi cinayətkar Vaqif Xaçaturyan Laçın sərhəd buraxılış məntəqəsində saxlanılaraq istintaqa cəlb edilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin