Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyi Vaqif Xaçatryanın həbsi ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını şərh edib. Bəyanatda deyilir ki, “Laçın” sərhəd-buraxılış məntəqəsində ələ keçirilən Meşəli qatili Vaqif Xaçatryan Ermənistana tibbi məqsədlərlə getdiyini nəzərə alaraq, Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilib.
Bizim.Media xəbər verir ki, ona zəruri tibbi yardım göstərilib, BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə müvafiq şərait yaradılıb.
MÖVZU İLƏ BAĞLI:
Xocalıda soyqırım törədən ermənilərdən biri Laçında SAXLANILDI - RƏSMİ
Azərbaycan tərəfindən atılan bütün bu addımlar beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, Vaqif Xaçatryan Çerkezoviç bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı, 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb.
Kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçatryan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib, ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Məhz o, bu cinayət işi çərçivəsində iyulun 29-da Ermənistana gedərkən sərhəd buraxılış məntəqəsində həbs edilib.
Bizim.Media