Çimərlikdə hansı məqamlara DİQQƏT YETİRİLMƏLİDİR?

Hazırda oxunan: Çimərlikdə hansı məqamlara DİQQƏT YETİRİLMƏLİDİR?

148493

Dəniz sahilinə gedən insanların əksəriyyəti dəniz olmayan bölgələrin sakinləridir. Ona görə də həmin insanlar dənizdə necə davranacaqlarını bilmir. Davranış qaydasını bilməməksə bəzi hallarda ölümlə nəticələnir. Bundan başqa  çoxları nə vaxt günəş vannası qəbul etmək lazım olduğunu, hətta dəniz suyunu udmaq mümkün olub-olmadığı barədə heç nə bilmirlər.

Dəniz sahilində günəş vannası necə qəbul etmək olar?

Dənizə səyahət edənlərin böyük əksəriyyəti qaralmaq istəyir, ancaq bunu düzgün edə bilmirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Çimmək qadağan edilən çimərliklərə hansı qurum nəzarət edir? - VİDEO


Xatırladırıq ki,günəş vannası qəbul etmək üçün ən yaxşı vaxt səhər saat 10:00-a qədər və 16:00-dan sonradır. Saaat 10:00-dan 16:00-a qədər havada ultrabənövşəyi radiasiya çox güclü olur və bu saatlarda günəşdə olmağın mənfi fəsadları ola bilər.

Dənizə şlyapa və şapkasız getməyin.

Sizi gün vura bilər.Günəş kremi olmadan çimərliyə getmək isə sadəcə ağılsızlıqdır. Kölgədə olsanız belə, günəş şüaları hələ də dəriyə dəyir, ona görə də günəşdən qoruyucu krem lazımdır. Bundan başqa çimərliyə özünüzlə hökmən su aparın.

Çünki günəş şüaları altında bədənimiz çox miqdarda su itirir. Əgər siz hələ də qaydaları pozmusunuzsa və günəşdə yanmısınızsa, o zaman apteklərdə satılan pantenol əsaslı hər hansı bir dəri vasitəsindən yararlana bilərsiniz. Yanmış dəridən başqa sizdə digər simptomlar varsa - titrəmə, bulanıq şüur, şiddətli baş ağrısı hökmən həkimə müraciət edin.

Dənizə necə girmək olar?

Dəniz hər yerdə fərqlidir: sahilə yaxın yerdə qum, bir yerdə daş, haradasa nəhəng qayalar var. Dənizə girməzdən əvvəl suda ayaqlarınıza zərər verə biləcək qırıqların, dəmir armaturların və bu kimi şeylərin olmadığından əmin olun. Özlərini tamamilə qorumaq istəyənlər və ya sadəcə çınqıllarda gəzməyi sevməyənlər dənizdə üzmək üçün xüsusi başmaq ala bilərlər.

Dənizə girən zaman iri qayaların təhlükəsi ondan ibarətdir ki, onlar çox vaxt sürüşkən olur, ona görə də onların üstünə ayaq basmamaq məsləhətdir. Əks halda yıxılıb möhkəm zədə ala bilərsiniz.

Dənizdə necə üzmək olar?

Əgər üzməyi bacarmırsınızsa, özünüzlə dairə, qoltuqlar və ya hava döşəyi götürməyi unutmayın. Dənizdəki hava döşəyində son dərəcə diqqətli olmaq lazımdır. Hər il dünyada yüzlərlə insan su səthində çox sürətlə sürüşən hava döşəklərində açıq dənizə gedir. 

Dəniz suyu barədə bunları unutmayın

Dəniz suyunu udmamaq daha yaxşıdır. Dənizin temperaturu nə qədər yüksək olarsa, suda bakteriyalar bir o qədər aktiv şəkildə çoxalır, onların çoxu insan orqanizmi üçün təhlükəli ola bilər.Uşaqlar bütün qaydaları və qadağaları pozmağa meyllidirlər, buna görə də uşaqlarınızın suda nə etdiklərini izləmək vacibdir.

Əgər katamaranda, qayıqda, stenddə, reaktiv xizəkdə və digər su gəmilərində üzmək istəyirsinizsə, xilasedici jilet istəməyi unutmayın. O, sizə verilməlidir, çünki siz böyük dərinliklərə gedəcəksiniz və fövqəladə vəziyyətdə qaçmaq üçün bir vasitəniz olmalıdır.

Dənizdə çimmək nə vaxt qadağandır?

Spirli içki qəbul edənlərin dənizə girməsi yolverilməzdir. Çünki, sərxoş vəziyyətində olduğunuz üçün gücünüzü hesablamaq çətindir.Özünüzü dərinliklərdə tapdığınız zaman heç kim sizə kömək edə bilməyəcək və geri qayıtmaq üçün kifayət qədər gücünüz qalmayacaq.

Dənizdə güclü dalğa olarkən dənizə gimək olmaz. Fırtına təkcə gəmilər üçün deyil, həm də üzməyi sevənlər üçün ən təhlükəli hadisədir. Dalğaların gücü o qədər böyük olur ki, o sizi bir andaca dənizin dibinə çəkə bilər.
Dəniz çox çirkli olduqda və orada yad cisimlər olduqda üzməyi təxirə salın. Kanalizasiya suları tez-tez dənizə daxil olur və ciddi təhlükə yaradır. Buna görə də, dənizə girməzdən əvvəl heç olmasa suyun keyfiyyətini vizual olaraq qiymətləndirin.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin