Bölgələrdə hepatitlərin müalicəsi məqsədilə komissiyalar yaradılacaq

Hazırda oxunan: Bölgələrdə hepatitlərin müalicəsi məqsədilə komissiyalar yaradılacaq

148435

Azərbaycanın regionlarında hepatitlərin müalicəsi məqsədilə komissiyaların təşkili planlaşdırılır. 

Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, TƏBİB əhali arasında viruslu hepatitlərin yayılmasının qarşısını almaq üçün müvafiq beynəlxalq qurumlarla işi davam etdirir. 

Qeyd edək ki, ÜST-ün 2019-ci ildə verdiyi məlumatlara əsasən dünyada hepatit C ilə yaşayan insanların sayı 58 milyon, hepatit B ilə isə 296 milyon nəfər təşkil edib ki, onlardan da 1,1 milyon nəfəri 2019-cu ildə bu infeksiyalar və onların təsiri, o cümlədən qaraciyər xərçəngi, sirroz və xroniki virus hepatitlərinin səbəb olduğu digər ağırlaşmalar səbəbindən vəfat edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin