11 azyaşlının dini yürüşünü təşkil edib sosial şəbəkədə paylaşan şəxs SAXLANILDI 

Hazırda oxunan: 11 azyaşlının dini yürüşünü təşkil edib sosial şəbəkədə paylaşan şəxs SAXLANILDI 

148433

Sabunçu rayonu, Savalan qəsəbəsində məhəllələrin birində 11 azyaşlının yürüşünü təşkil edib sosial şəbəkədə paylaşan şəxs həbs olunub. 

Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən bildirilib. 

Qeyd edilir ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir. 

Qanunvericiliyin tələblərinə zidd olaraq, iyulun 28-də Sabunçu rayonu Savalan qəsəbəsində məhəllələrin birində 11 azyaşlının yürüşünü təşkil edib sosial şəbəkədə paylaşan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Həmin hərəkətləri edən 1991-ci il təvəllüdlü Mirzəyev Elgün Əfsər oğlu həbs edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin