“İstehlakçılar 20 ildir ki, “Halal” adı ilə ALDADILIR” – SENSASİON AÇIQLAMA

Hazırda oxunan: “İstehlakçılar 20 ildir ki, “Halal” adı ilə ALDADILIR” – SENSASİON AÇIQLAMA

148398

“Azərbaycanda bəzi şirkətlər və istehsalçı müəssisələr son 20 il ərzində böyük qazanc əldə etmək xatirinə “Halal” mal nişanı ilə istehsal etdikləri məhsulları ilə ölkə əhalisini, xüsusilə də dindar kəsimi aldadırlar. Ona görə ki, bu sertifikatı böyük məbləğlər hesabına əldə edirlər. Halbuki bu nişan ölkəmizdə hələ 10 il əvvəl qəbul olunub”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Kolbasaların tərkibinə qatılan ZƏRƏRLİ MADDƏLƏR – Ekspertdən SOS


Onun sözlərinə görə, bu sözünün yazılması belə, tərkibində donuz piyinin və digər əlavələrin olub-olmamasına dəlalət etmir. 

Azərbaycanda heç kimin bu sahəyə nəzarət etmək istəmədiyini söyləyən AİB sədri, bu standart üçün çoxlu tələblərin olduğunu qeyd edib:

“Yəni, xammalın tarladan və ya fermadan istehlakçının süfrəsinə çatdırılmasına qədər izləmə sistemi qurulmalıdır ki, məhsul çirklənməsin və halallığı pozulmasın. Hələ 5 il əvvəl dövlət orqanları qarşısında bununla bağlı məsələ qaldırdıq. Təklif etdik ki, sertifikanın verilməsi zamanı pul amili aradan qaldırılsın, tam şəffaflıq təmin edilsin. Uzun müzakirələrdən sonra biz 4 müəssisəyə tam şəffaf və təmənnasız sertifikatın verilməsinə nail olduq. Üstəlik, ictimai nəzarətin yaradılmasını da təmin etdik”.

Ancaq bir müddət sonra bu təşəbbüsün qarşısının alındığını söyləyən E.Hüseynov əlavə eddi ki, həm xaricdən gəlmiş, həm də ölkədə yaradılmış bəzi şirkətlər bu sertifikatı qanunsuz yollarla əldə etməyə davam ediblər.

Müsahibimiz “Halal” standartı ilə bağlı təkliflərini də səsləndirib:

“Qurani-Kərimdə göstərilən şərtlərdən əlavə olaraq, daha ciddi bir standart qəbul edilməli və bir sıra amillər əks olunmalıdır. Birincisi, hazırda möcud olan “Halal” standartına haram sayılan əlavələrin qarışdırılmasına imkan verilməməli və həmin müəssisələrin fəaliyyətinin qarşısı alınmalıdır. İkincisi, həmin müəssisə onlayn şəkildə izlənilsin, yəni xammalın hardan gəldiyi, hazırlandığı, istehsal zamanı halal və haram sayılan məhsulların kəsişmə nöqtələrinin olub-olmaması müəyyən edilsin”. 

Azərbaycanda yəhudilər üçün “Kosher” standartının qəbul olunduğunu söyləyən E.Hüseynov, bu standartın bəzi müddəalarının “Halal” standartına əlavə edilməsini də təklif edib:

“AQTA da bu işdə fəal olmalıdır, çünki yaradılmış laboratoriyaları məhsulun keyfiyyətini və tərkibini yoxlamağa qadirdir. Elə iş aparılmalıdır ki, ölkəmizdə bu standartla istehsal olunan məhsullar xarici bazara da çıxa bilsin. Əgər istehsal etdiyimiz məhsullar təmiz standartla xaricə çıxarsa, “Azərbaycan” brendinin dünya səviyyəsində tanınmasına nail ola bilərik”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin