Günəşin altında, plastik qablarda... – İnci saflığı olan su xərçəng mənbəyinə ÇEVRİLƏ BİLƏR

Hazırda oxunan: Günəşin altında, plastik qablarda... – İnci saflığı olan su xərçəng mənbəyinə ÇEVRİLƏ BİLƏR

148371

“İsti yay günlərində paytaxt küçələrində qızmar günəş altında polietilen qablarda suların satışı ilə addımbaşı rastlaşmaq olur. Bilmək lazımdır ki, isti yay günəşi açıq havada satılan məhsulların bir çoxunu çox asanlıqla sıradan çıxarır. Bu da sağlamlığımız üçün ciddi risklərə yol açır. 

Ona görə də bu günlərdə açıq havada satılan qidalardan və sulardan uzaq durmaq lazımdır. Təəssüf ki, küçələrdə qızmar günəş altında plastik qablarda su satışının şəbəkəsi günbəgün genişlənir. Unutmaq lazım deyil ki, plastik qablar günəş şüasının təsiri ilə kimyəvi proseslərə uğrayır. Bu isə son nəticədə sağlamlığımıza təhlükə yaradır”.

Bunu Bizim.Media-ya açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Coca-Cola” xərçəngə səbəb olur - ÜST-dən XƏBƏRDARLIQ  


O bildirib ki, plastik qablarda olan suları marketlər şəbəkəsindən almaq daha doğru olardı:

“Çünki, istinin təsirindən plastik qabda Bisfenol-A maddəsi əmələ gəlir. Bu maddə də su ilə tez reaksiyaya girir. Beləcə günəş şüaları altında plasmas qablarda satılan sulardan xərçəng xəstəliyinə yoluxma riski çoxalır. Əgər hansısa alıcı xroniki və onkoloji xəstəlikdən əziyyət çəkirsə, o zaman onda xəstəlik daha da şiddətlənir”. 

Məhsəti Hüseynova onu da xatırladıb ki, qablaşdırılmış suyun daşınmasında da müvafiq qaydalara əməl olunmur:

“Yaxşı olar ki, istehlakçılar istehsalçının qabların üzərində yazılmış tövsiyələrinə diqqət eləsinlər. Çünki, satıcılardan bu qaydalara riayət etmələrini gözləmək sadəlöhvlük olardı. Sular daşınan zaman və satılan müddətdə sərin yerdə saxlanılmalıdır. Bütün hallarda qızmar günəş şüaları altında satılan sulardan uzaq durmaq lazımdır. Çünki, yüksək temperatur səbəbi ilə plastik maddədən zəhərli maddələr törəyir. Bunu qətiyyən yaddan çıxartmaq olmaz”.

Mütəxəssis vacib tövsiyələr də verib:

“Gündəlik istifadə üçün 300-500 qramlıq suları almaq daha məsləhətdir. Çünki, istehsal prosesində qablar azonla doldurulur. Plasmas qabın ağzı hər dəfə açılıb bağlananda isə suyun tərkibi dəyişir.Ona görə də plasmas qablardan bir dəfəlik istifadə etmək daha doğru olardı. Bu mənada şüşə qablarda satılan sular daha faydalı və təhlükəsizdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin