Qərbi Azərbaycan İcması Fransanın Laçın yolu ilə bağlı bəyanatını QINADI 

Hazırda oxunan: Qərbi Azərbaycan İcması Fransanın Laçın yolu ilə bağlı bəyanatını QINADI 

148327

Qərbi Azərbaycan İcması Fransa Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı bəyanatını qınayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb. 

Bəyanatda deyilir ki, Qərbi Azərbaycan İcması Fransa Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı 2023-cü il 27 iyul tarixli qərəzli bəyanatını qınayır və Fransanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə çağırır. 
Qərbi Azərbaycan İcması Fransanı ikili standartlar siyasətinə son qoymağa, beynəlxalq hüququn norma və prinsiplərini selektiv şəkildə təfsir etməməyə, İcma ilə dialoqun aparılması və qərbi azərbaycanlıların sülh və əmin-amanlıq şəraitində Ermənistanda öz dədə-baba yurdlarına qayıtması üçün Ermənistana çağırış etməyə dəvət edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin