Son altı ayda 22 nəfər vəzifəli şəxs CƏRİMƏLƏNİB 

Hazırda oxunan: Son altı ayda 22 nəfər vəzifəli şəxs CƏRİMƏLƏNİB 

148300

Bu ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti (Xidmət) inzibati xətalar törətdiklərinə görə 22 nəfər vəzifəli şəxsə 20,4 min manat məbləğində cərimələr tətbiq edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin məlumatında bildirilib. 

Məlumata görə, həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib. 

Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən aparılmış nəzarət tədbirləri ilə (Respublika Baş Prokurorluğuna göndərilən 1 nəzarət tədbiri istisna olmaqla) aşkar edilən nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilib.
Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələri ilə cərimələr tətbiq edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin