Ağstafada qaynaq aparatı partladı, 52 yaşlı kişi xəsarət aldı

Hazırda oxunan: Ağstafada qaynaq aparatı partladı, 52 yaşlı kişi xəsarət aldı

148291

Ağstafada bədbəxt hadisə nəticəsində 52 yaşlı kişi ağır xəsarətlər alıb.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Eynallı kəndində 1971-ci il təvəllüdlü Qabil İmamverdiyev yaşadığı evdə çardaq düzəldən zaman qaynaq aparatı partlayıb.

Hadisə nəticəsində Q. İmamverdiyev bədənin IV dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə ilkin tibbi yardım göstərilib.  

Onun vəziyyətinin ağır olduğu bildirilir.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin