Məcburi köçkünlər arasında böyük qayıdış - Sorğunun yeni mərhələsi başladı - FOTO

Hazırda oxunan: Məcburi köçkünlər arasında böyük qayıdış - Sorğunun yeni mərhələsi başladı - FOTO

14829

İşğaldan azad edilmiş ərazilərə qayıdışın səmərəli təşkili üçün repatriasiya potensialını proqnozlaşdırmaq məqsədi ilə ADA Universitetində yaradılmış Tədqiqat qrupu dövlət sifarişi əsasında apardığı araşdırmanın ikinci mərhələsinə başlayıb. 

Bizim.Media xəbər verir ki, ADA Universitetindən verilən məlumata görə, “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili” adlı tədqiqatın mart ayının 9-da başlamış hazırkı mərhələsində məcburi köçkünlərlə müsahibə-sorğular keçirilir.

 

MÖVZU İLƏ BAĞLI:

''Məcburi köçkünlərin qayıdışı könüllü olacaq'' - Qaçqınkom


Üzbəüz sorğuların əsas məqsədi məcburi köçkünlərin qayıdışla bağlı niyyət, istək və təkliflərini dərindən öyrənmək, repatriasiyanın ümumi potensialını və mərhələlər üzrə “sıxlığını” qiymətləndirməkdir. 

Müsahibə-sorğu qarışıq üsulla - statistik məlumatların təhlili və təsadüfi seçim əsasında müəyyənləşdirilən və əksəriyyəti ailə başçılarından ibarət olan 1100 məcburi köçkün arasında keçirilir. Reprezentativlik bütün mümkün parametrlər üzrə təmin edilir. 

Müsahibəçilər (sorğu aparanlar) ölkənin müxtəlif elm və təhsil müəssisələrini təmsil edən yüksək hazırlıqlı gənc mütəxəssislərdir. İşə başlamazdan əvvəl onlar üçün xüsusi təlimlər təşkil olunmuş və bu təlimlərin sonunda hər bir müsahibəçi test sınağından keçib.

Tədqiqat qrupu bir daha bildirir ki, sorğuda iştirak edən məcburi köçkünlər haqqında şəxsi məlumatlar qapalı saxlanılır və yalnız repatriasiyanın səmərəli təşkili üzrə dövlət orqanları üçün nəzərdə tutulan analitik sənədlərin hazırlanması üçün istifadə ediləcəkdir. 

 

Bununla yanaşı, ümumi tədqiqat çərçivəsində məcburi köçkünlər arasında fevral ayının 22-dən etibarən internet üzərindən keçirilən onlayn-sorğu da uğurla davam etməkdədir. Onlayn-sorğuda iştirak etmək üçün sorgu.ada.edu.az saytına daxil olmaq lazımdır. 


Tədqiqat qrupu həm onlayn, həm də müsahibə sorğulara yüksək maraq göstərən, müsahibəçiləri məmnuniyyətlə qəbul edən məcburi köçkünlərə əməkdaşlığa görə minnətdarlığını bildirir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin