Bir neçə obyekt sahibi CƏRİMƏLƏNDİ - SƏBƏB 

Hazırda oxunan: Bir neçə obyekt sahibi CƏRİMƏLƏNDİ - SƏBƏB 

148277

Məişət tullantılarının yandırılmasına görə bir neçə obyekt sahibi cərimələnib. 

Bizim.Media xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba rayonunun Qəçrəş kəndindəki “Aynur” istirahət mərkəzinin, Xudat şəhərində yerləşən "Gold" və "Eko" marketlərin, Füzuli rayonu, Mahmudlu-2 kəndindəki “Real” marketin, Sabunçu rayonu, Pirşağı qəsəbəsinin Xəzər sahili zolağında fəaliyyət göstərən "Həyat" istirahət mərkəzinin, İmişli rayonu, Xubyarlı kəndində "Mirislam" MMC-yə məxsus qum-çınqıl karxanasının və həmin kənddə yerləşən avtomobil təmiri sexinin fəaliyyəti zamanı formalaşan istehsalat və məişət tullantılarının qalaqlanaraq yandırılması faktları müəyyən edilib. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı akt, protokol tərtib olunub, “Aynur” istirahət mərkəzinin iş icraçısı İlqar Dadaşov, "Gold" marketin sahibi Nazir Əliverdiyev, "Eko" marketin sahibi Məhəmməd Aydəmirov, “Real” marketin nümayəndəsi Asif Atazadə, "Həyat" istirahət mərkəzinin sahibi İsgəndər Sadıxov, “Mirislam" MMC-nin rəhbəri Rabil İsayev və avtomobil təmiri sexinin sahibi İldırım Verdiyev barəsində qanunamüvafiq tədbirlər görülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin