Əli ət maşınında qalan azyaşlının barmaqları amputasiya olundu - FOTO 

Hazırda oxunan: Əli ət maşınında qalan azyaşlının barmaqları amputasiya olundu - FOTO 

148260

Ət maşınında əli qalan azyaşlı TƏBİB-in tabeliyindəki Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 2021-ci təvəllüdlü azyaşlının əlinin ət maşınında qalması ilə əlaqədar TƏBİB-in tabeliyindəki Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət daxil olub.  

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin iştirakı ilə həkim nəzarəti altında həyata keçirilən xilasetmə tədbirləri nəticəsində azyaşlının əli ətçəkən maşından çıxarılıb.  

Daha sonra Balakən Rayon Mərkəzi Xəstəxanasının həkim-mütəxəssisləri tərəfindən azyaşlının sol əlinin 4 barmağının amputasiyası icra olunub. Pasiyent tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib, müalicəsi davam etdirilir. 
Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir. Həkim nəzarətindədir. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin