2023-cü il ərzində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair ilk sənəd qəbulu üzrə proqram iştirakçısı adını qazanmış namizədlərin siyahısı təsdiq olunub.
Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya bildirilib ki, yekun nəticələrə əsasən, ümumilikdə 37 namizəd müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub.
Təqaüd qazanan gənclər sırasında 2 nəfər Strasburq Universiteti, 1 nəfər Kembric Universiteti, 2 nəfər Monpelye Universiteti, 1 nəfər Liverpul Universiteti, 1 nəfər Vaterloo Universiteti, 1 nəfər isə Georgia Universiteti kimi nüfuzlu ali təhsil müəssisələrinə qəbul olub.
Qeyd edək ki, 2023-cü il ərzində Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə ikinci sənəd qəbuluna müraciət haqqında ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:15 / 27.07.2023
Dövlət Proqramı çərçivəsində 37 nəfər xaricdə doktorantura təhsili alacaq
Hazırda oxunan: Dövlət Proqramı çərçivəsində 37 nəfər xaricdə doktorantura təhsili alacaq
Hazırda oxunan: Dövlət Proqramı çərçivəsində 37 nəfər xaricdə doktorantura təhsili alacaq
148258
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.