Bakı-Sumqayıt qatarlarından istifadə edənlərin NƏZƏRİNƏ: Bu halda CƏRİMƏLƏNƏCƏKSİNİZ 

Hazırda oxunan: Bakı-Sumqayıt qatarlarından istifadə edənlərin NƏZƏRİNƏ: Bu halda CƏRİMƏLƏNƏCƏKSİNİZ 

148242

"Azərbaycan Dəmir Yolları" QSC Abşeron dairəvi dəmir yolu xəttində (Bakı-Sumqayıt sürətli elektrik qatarları) "Visa" bank kartlarına bağlı olan “Apple pay”, “Google pay” və digər elektron ödəniş üsullarını yenidən aktivləşdirib. 

"Azərbaycan Dəmir Yolları" QSC-dən Bizim.Media-ya verilən məlumata görə, sərnişin həm giriş, həm də çıxış zamanı eyni ödəniş vasitəsindən istifadə etməlidir. 

Yəni, əgər sərnişin “Google pay” vasitəsilə platformaya daxil olursa, mütləq çıxış zamanı da “Google pay”dən istifadə etməlidir. Əks halda həm plastik kart, həm də elektron ödəniş üsulu üzrə ən uzun məsafəyə uyğun cərimə tətbiq ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin