Utilizasiya ilə bağlı tələbləri pozanlar CƏRİMƏLƏNƏCƏK  

Hazırda oxunan: Utilizasiya ilə bağlı tələbləri pozanlar CƏRİMƏLƏNƏCƏK  

148221

Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı tələbləri pozanlar cərimələnəcək. 

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanunu imzalayıb. 

Məcəlləyə edilmiş dəyişikliklə utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası zamanı "Tullantılar haqqında" qanunun tələblərinin pozulmasına və yaxud yerinə yetirilməməsinə görə vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər isə 600 manat cərimə ödəyəcək. 
Bundan başqa, digər yeni maddə ilə utilizator tərəfindən utilizatorların reyestetrində onun haqqında olan məlumatlarda baş vermiş dəyişikliklər barədə qanunda nəzərdə tutulan qaydada və müddətdə nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora məlumatın verilməməsinə görə yenə də vəzifəli şəxslərin 300 manat, hüquqi şəxslərin isə 600 manat cərimə ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin