Gəncədə səhiyyə sahəsində bir ilk baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə Şəhər Birləşmiş Xəstəxanasında daha bir uğurlu əməliyyat həyata keçirilib.
Xəstəxananın direktoru İlkin İsmayılovun bildirdiyinə görə, Akademik Z.Məmmədov adına xəstəxananın Oftalmoloji şöbəsinin həkim-oftalmoloqu Tələt Nəbiyev anadangəlmə, tam aniridiya olan - qüzehli qişanın olmaması şikayəti ilə müraciət edən pasientə süni qüzehli qişa implantasiyası edib:
“Aniridiya – nadir hallarda rat gəlinən irsi xəstəliklərdəndir. Gəncə sakini İntiqam Zeynalovun sağ gözündə qüzehli qişanın anadangəlmə olmaması səbəbindən xəstənin həmin gözü görməyib.
Həkim-oftalmoloq Tələt Nəbiyev Gəncədə ilk dəfə olaraq pasientə süni qüzehli qişa implantasiya edib. Əməliyyat uğurla həyata keçirilib. Hazırda xəstənin vəziyyəti normaldır.
Ümidvarıq ki, Akademik .Z.Məmmədov adına xəstəxananın Oftalmoloji şöbəsində yaradılan yüksək şərait bundan sonra da göz xəstəlikləri sahəsində daha böyük uğurlara imza atmağa imkan verəcək”, - deyə İ.İsmayılov əlavə edib.
Məqsəd Rəhimov Bizim.Media Qərb Bürosu