Şəhid və qazi adından istifadə edənləri hansı cəza gözləyir? - AÇIQLANDI

Hazırda oxunan: Şəhid və qazi adından istifadə edənləri hansı cəza gözləyir? - AÇIQLANDI

14820

Vətən müharibəsindən sonra hər əlinə silah alan özünü qazi, döyüşçü adlandırdı. Və döyüşçü olmaya-olmaya bu statusun imkanlarından  yararlanmaq istəyənlər də az olmadı. Bu hal I Qarabağ savaşında da yaşanmışdır. O vaxtlar belə halları araşdırıb üzə çıxarmaq çox çətin idi.

Torpaqlarımızın işğal altına düşməsi, Müdafiə Nazirliyinin daha gec yaranması, qarışıqlıq, xaos, müəyyən sənədlərin vaxtında hazırlanmaması, müvafiq orqanların lazımi şəkildə formalaşmaması bu cür neqativ halların yol açmasına şərait yaratdı.

1993-cü ildən bütün idarələr formalaşdıqdan sonra bu məsələlərə aydınlıq gətirildi.

 

MÖVZU İLƏ BAĞLI:

Təhsil nazirliyi şəhid və qazi ailəsinin 87 nəfər üzvünü işlə təmin edib


Saxta yollarla ad alanlar və sair yavaş-yavaş üzə çıxarıldı və o adlar ləğv olundu. Konkret olaraq müharibə iştirakçılarına müəyyən imtiyazlar verildi. Lakin indi də belə şəxslər ayaq açıb qazi və şəhid ailəsi adına  xələl gətiməyə cəhd edirlər.  Kimi dilənçilik edir, kimi  küçə ticarəti ilə məşğul olur, kimi isə...

Bəs belə şəxslər hansı cəzalar gözləyir?

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov söyləyib ki, ailəsində şəhid və qazi olmayan bu statusdan istifadə edənləri mülki qaydada məsuliyyətə cəlb oluna bilər. Eyni zamanda dələduzluq maddəsi ilə cinayət məsuliyyəti də daşıyırılar. 

Bildirir ki, insanların etibarlarından istifadə edərək, əmlakından və imtiyazlarından yararlanmağa cəhd edən şəxslərin məhkəmə yolu ilə barələrində digər tədbirlərin də görülməsi mümkündür:

“Qazi adı ilə hansısa birliyin üzvü olub, oradan öz maraqların üçün istifadə edən şəxslər də məsuliyyət daşıyırlar. Deyək ki, İctimai Birliyə müalicə olunmaq üçün yazılıb. Belə şəxslər barəsində ən sərt cəza tədbirləri görülə bilər. Hətta azadlıqdan da məhrum edilə bilərlər”- deyə əlavə edib.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin