Qax rayonunda itkin düşən şəxsin axtarışları davam etdirilir.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, “112” qaynar telefon xəttinə Qax rayonunun Sarıbaş kəndində istiqamətində dağlıq-meşəlik ərazidə Qax rayon İlisu kənd sakini 1993-cü il təvəllüdlü Kamallı Rəhman Sədrəddin oğlunun itkin düşməsi barədə məlumat daxil olub və bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.
Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Əlavə məlumat veriləcək.
Bizim.Media