Adil Əliyev: “Güllə atılmadan 3 rayonumuzun geri alınması diplomatiyamızın böyük uğuru idi”

Hazırda oxunan: Adil Əliyev: “Güllə atılmadan 3 rayonumuzun geri alınması diplomatiyamızın böyük uğuru idi”

14810

Martın 15-də Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev Vətən müharibəsində iştirak edən səhiyyə işçiləri ilə görüşüb.

Bizim.Media xəbər verir ki, vitse-spiker Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsindən söz açıb və bu tarixi qələbəni tariximizin ən şanlı səhifələrindən biri kimi dəyərləndirib.

Adil Əliyev diqqətə çatdırıb ki, Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə belə atılmadan geri alınması diplomatiyamızın çox böyük uğuru idi. 

Həkimlərimizin pandemiya xəstəxanalarında, sonra isə müharibə zamanı fəaliyyətindən danışan vitse-spiker onların fədakarlığını xüsusi qeyd edib.

Tibb işçiləri onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda Vətən müharibəsində xidmət edən həkimlərə Milli Məclisin Gənclər və İdman Komitəsinin Fəxri Fərmanı təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin