''Əməkhaqqı'' olmayacaq - Qanuna dəyişikliklər edilir 

Hazırda oxunan: ''Əməkhaqqı'' olmayacaq - Qanuna dəyişikliklər edilir 

14808

“Məhkəmə-Hüquq Şurası haqqında” qanunun 8.2-ci maddəsində “əməkhaqqı” sözünün “vəzifə maaşı” sözü ilə əvəz edilməsi təklif edilir. 

Bizim.Media xəbər verir ki, bir çox normativ hüquqi aktlarda vəzifə səlahiyyətlərinin icrası ilə əlaqədar ödəniləcək pul məbləği əmək haqqı sözləri ilə ifadə olunurdu.

Belə ki, əmək haqqı iş stajının müddətindən asılı olaraq fərqli olur.  

“Vəzifə maaşı” isə işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əməkhaqqının əsas hissəsidir.

Hazırda bir sıra normativ  hüquqi aktlarda “əməkhaqqı” ifadəsi “vəzifə maaşı” ifadəsiylə əvəz edilib.

Layihədə nəzərdə tutulan dəyişikliyin əsas məqsədi “Məhkəmə-Hüquq Şurası haqqında” qanunun təkmilləşdirilməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin