Gəncədə 20 yaşlı oğlanı bıçaqlayan şəxslər TUTULDU  

Hazırda oxunan: Gəncədə 20 yaşlı oğlanı bıçaqlayan şəxslər TUTULDU  

148001

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2003-cü il təvəllüdlü S. Nəsibovun bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. 

Bizim.Media xəbər veir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. 

O bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Nəsibova bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri 2003-cü il təvəllüdlü D.Xəlilov və 2004-cü il təvəllüdlü M.Orucov saxlanılaraq istintaqa təhvil verilib. 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin