Qubada 26 yaşlı Elşad Akif oğlu Güliyevin boşanmaq istədiyi arvadını öldürməsi ilə bağlı daha bir təfərrüat məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, o, Xucbala kəndindən qayınatasıgilin yaşadığı Mahmudqışlaq kəndinə iyulun 25-i gecə saat 4-də gəlib.
MÖVZU İLƏ BAĞLI:
Ər arvadını övladının gözü önündə ÖLDÜRDÜ – Qubadakı qətlin TƏFƏRRÜATI - FOTO
Əvvəlcə qaynatası Vasifin evinin qarşısındakı elektrik sayğacını bağlayaraq, qapağını sındırıb.
Elşad işığı söndürəndən sonra qaranlıq həyətə girərək pəncərədən arvadının yatdığı otağa daxil olub. Bu zaman səsə oyanan qadınla mübahisə edərək onu bıçaqlayaraq öldürüb. Rəvanə Güliyeva həmin vaxt evdə tək olub, o qadının köməksiz vəziyyətindən istifadə edib.
Mərhum Rəvanənin atası Vasif Əliyev jurnalistlərə müsahibəsində bildirib ki, qızı 6 il öncə Elşadla ailə həyatı qurub. Həmçinin son 6 aya yaxındır ki, qızı boşanmaq istədiyi üçün ər evindən ata evinə geri qayıdıbmış.
Qanlı olayı Quba rayon prokurorluğu araşdırır.
Fakta görə cinayət işi açılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu