Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə birgə işğaldan azad olunan Zəngilan rayonunun təbiət və meşələrinə dəymiş zərərin monitorinqi məqsədilə əraziyə baxış keçirib, vizual müşahidələrə əsasən bitki örtüyü təhlil edilməklə bölgənin monitorinqini aparıb.
AMEA-dan Bizim.Media-ya bildirilib ki, zəngin biomüxtəlifliyə malik Azərbaycan təbiətinin bir parçası olan Zəngilan rayonunda yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunda isə ətraf mühitə vurulan ziyanın məbləği ölçüyə gəlməz dərəcədədir.
Ümumi sahəsi 107 hektar olan qoruq ermənilər tərəfindən talan edilməklə əhatəsindəki bitki örtüyünün tamamilə məhv olmaq təhlükəsi yaranıb.
Qırmızı palıd ağacları kökündən çıxarılaraq doğranılıb, mebel istehsal edilib və çox hissəsi isə xarici ölkələrə satılıb. Bütün bunlar ermənilərin təbiətə, təbiət abidələrinə, bütövlükdə ekologiyaya vurduğu terror zərəridir”.
Monitorinq nəticəsində ərazinin dağlıq hissəsinin meşə örtüyündə iberiya palıdı (Quercus iberica) və Qafqaz vələsi (Carpinus caucasica), ardıcın 2 növünə - ağıriyli ardıc (J.foetidissima), alçaqboylu ardıc (Juniperus depressa Stev.) və kütyarpaq saqqızağacına (Pistacia mutica), qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, yemişan, itburnu, murdarça, quru-bozqır, dağ kserofil bitkiləri, kolluqlar, qaratikan və s. rast gəlinib.
Ərazidə iqlim dəişkənliyi və antropogen amillər bitki örtüyünun qismən dəyişməsinə səbəb olub.
Qoruğun mövcud vəziyyətinin qiymətləndirilməsi üçün monitorinq qrupunun gəldiyi ümumi nəticəyə görə, burada Şərq çinarı ağacları kəsilib, qırılan ağacların köklərinin itirilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilib, ərazidə yanğınlar törədilib ki, bu da qoruğun dağıdılmasına səbəb olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:18 / 15.03.2021
Zəngilandakı ağaclardan ermənilər mebel düzəldib - Qırmızı palıdın aqibəti
Hazırda oxunan: Zəngilandakı ağaclardan ermənilər mebel düzəldib - Qırmızı palıdın aqibəti
Hazırda oxunan: Zəngilandakı ağaclardan ermənilər mebel düzəldib - Qırmızı palıdın aqibəti
14790
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.