Sığorta şirkətlərinin talançılığına kim son verəcək? – İlginc faktlar 

Hazırda oxunan: Sığorta şirkətlərinin talançılığına kim son verəcək? – İlginc faktlar 

14788

''Azərbaycanda sığorta şirkətləri talançılıqla məşğuldur və onların arxasında hansısa dövlət məmurları dayanır''. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı söyləyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Daha bir sığorta şirkətinin lisenziyası ləğv edildi


Mətbuatda tez-tez, “Günay Sığorta” “Azərsığorta”, Standard İnsurance" "AXA MBASK" ASC kimi siğorta şirkətlərinin vətəndaşları aldatma faklarında adları tez-tez hallanıb.

Bu günkü mövzumuzda isə əsasən avtomobil sığortasına toxunacağıq. Çünki sığorta sahəsinin hər birinin öz dərdi, öz problemi var. Hazırda daha aktual olan avtomobillərin sığortasıdır. 

Azad İstehlakçılar Birliyindən bizə bildiriblər ki, həftə ərzində avtomobil sığortası ilə bağlı birliyə 30-40 arasında şikayət daxil olur. Şikayətlərin məzmunu isə eyni olur. Vətəndaşa dəyən zərər ödənilmir. Və bununlada insanlarda sığorta şirkətlərinə inam gündən-günə azalır.

Ekspert İlkin İbrahimov söyləyir ki, sığorta şirkətlərinə inamı bərpa etmək üçün ən vacib addımlardan biri nəzarətedicinin qərarlarının qəti və bitərəf olmasıdır.

O, əlavə edir ki, digər səbəb ödənişlərdə doğruluğun təmini ilə bağlıdır: 
 

“Hazırda ölkəmizdə sığorta ödənişləri sığorta şirkətinin təqdim etdiyi qiymət və ya bununla razılaşmadıqda sığorta ekspertlərinin qiymətləndirməsi ilə həyata keçirilir. Sığorta ekspertlərini Mərkəzi Bankın vahid reyestrindən seçilir.


Adətən belə məqamlarda mübahisə yaranır. Belə ki, müstəqil ekspertin seçimi zamanı hər iki tərəfin ortaq razılığı əsasında seçim olmalıdır. Bu da adətən sığorta şirkətləri üçün münbit şərait və bəhanə yaradır. Hansı ekspert bir dəfə onlara çətinlik yaradırsa, gələn dəfə onunla bağlı seçimi etmirlər.
 

Digər tərəfdən sığorta şirkətləri də bəzən öz adamalarını müstəqil ekspertlərin siyahısına daxil edir. Beləliklə qiymət kəsmələr, ədalətsiz yanaşmalar müştərilərdə narazılıqlara gətirib çıxarır.


Əlavə olaraq problemdən çıxış yolu tərəflər razılaşmadıqda hər iki tərəfin seçdiyi ortaq, müştərək ekspertizanın keçirilməsi ola bilər. İkinci təklif isə nəzarət orqanınının ekspertləri təsadüfi və ya növbəli seçim ilə təyin etməsi olardı”.

İ.İbrahimov əlavə edir ki, sığorta şirkətindən razı qalmayan vətəndaş növbə ilə nəzarətedici orqana - yəni Mərkəzi Banka müraciət etməlidir: 

“Əgər mübahisə bu instansiyada da həll edilmirsə, sonuncu variant məhkəmədir”.

Müsahibimiz söyləyir ki, əksər vaxtlarda sığorta şirkətləri məhkəməyə getməyi üstün tuturlar: 

“Çünki, prosesin məhkəməyə getməsi sığorta şirkətinin maraqlarına uyğundur. Pulu məhkəmə sonuna kimi özündə saxlayır, məhkəmədə sonda verilən qərarda sığorta şirkətinin məbləği gecikdirməsi barədə heç bir irad bildirilmir.
 

Mərkəzi Bank da bu uzun prosesin sonunda sığorta şirkətinə heç bir inzibati tənbeh tətbiq etmir. Belə praktikadan bütün sığorta şirkətləri istifadə edir”.


Nəqliyyat üzrə ekspert Elməddin Muradlı söyləyir ki, sığorta şirkətlərinə inamın azalması onların yalnız öz ciblərin güdməsidir:

“Minbir bəhanə ilə sığorta şirkətləri ödənişlər alırlar. 1000 manata kimi dəymiş ziyanı gecikdirməyə, uzun sənədləşmə işinə belə ehtiyac yoxdur. Qanunvericilikdə bu öz əksini tapıb. Lakin sığorta şirkətləri vətəndaşları süründürürlər. Özlərinə sərf edən alver formasında bu işi həyata keçirirlər”. 

O, əlavə edir ki, sığorta ödənişlərin suqroqasiya qaydasında sonra, sığorta ödənişlərini geri almaq, minimumlaşdırmaq bəzi hallarda avtomobilin təmirini başdansovdu həyata keçirirlər. Təmir işlərinə alver prinsipi ilə aparırlar.

“Məsələn, əgər qəzaya uğramış avtomobili şirkət özü təmir etdirirsə, avtoservisə şişirdilmiş qiymətlər ödənilir. Sonradan həmin ödənişi avtoservislə öz aralarında bölürlər. Bax belə talançılıqla məşğul olurlar.
 

Avtomobildə dəyişiməli olanı dəyişmirlər. Və ya keyfiyyətsiz  ehtiyyat hissəsi ilə təmin edir. Sığorta şirkətinin təmir etdiyi qiymətə avtomobili yenidən yığmaq olar. Amma sürücüyə ödəniş etməyə gələndə daş atıb, başların tuturlar.


Ancaq deyirlər ki, onların servisində təmir olunmalıdır. Bu kimi talançılıq hallarına görə ölkədə sığorta şirkətlərinə inam itib. Əksər sığorta şirkətləri kimlərəsə bağlıdır. Bu sahədə də ciddi təftiş işlərinə ehtiyac var”.

Mözumuzu davam etdirəcəyik. Sığorta sahəsində, turizim, səhiyyə, əmlak problemlərinə də toxunacağıq.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin