Qubada baş verən qətlin bəzi təfərrüatları məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə mərhum Rəvanə Güliyevanın ata evində -Zərqova İnzibati Ərazi Dairəsinin Mahmudqışlaq kəndində baş verib.
MÖVZU İLƏ BAĞLI:
Qubada ər arvadını QƏTLƏ YETİRDİ
Bir müdddətdir ərinin pis vərdişlərinə görə ondan ayrılmaq istəyən Rəvanə Güliyeva ata evinə gəlib. Qadın boşanmaq üçün Quba rayon məhkəməsinə müraciət edib.
Bundan xəbər tutan ər Elşad Güliyev narazı olub və ərizəni geri götürməsini tələb edib. Onun razılaşmadığını görəndə E.Güliyev bu gecə yaşadığı Xucbala kəndindən qaynatasıgilə gəlib.
Hadisə vaxtı Rəvanə Güliyevanın atası Vasif bağda gecə növbəsində olduğundan qadın evdə azyaşlı uşağı ilə tək olub. Evə daxil olan Elşad Güliyev Rəvanə ilə mübahisə edib və mübahisələri qanlı olayla bitib.
Hadisədən sonra Elşad Güliyev Rəvanənin qardaşıgilə gedib və ona bacısını öldürdüyünü deyib. O, Quba Rayon Polis Şöbəsinə də törətdiyi qətl barədə qaynıgildən xəbər verib və polis əməkdaşlarına könüllü təslim olub. Qeyd edək ki, mərhum Rəvanə Güliyevanın anası vəfat edib və o bir müddətdir, ata evində qalırmış.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu