"Saat 21:31 dəqiqədə FHN Dövlət Yanğından Mühagizə Xidmətinə məlumat daxil olub. Saat 21:36 dəqiqədə ilkin yanğın bölmələri hadisə yerinə çatıb".
Bizim.Media xəbər verir ki, bunu apa-ya açıqlamadında Dövlət Yanğından Mühafizə Xidmətimin rəis müavini Rza Xudiyev deyib.
O qeyd edib ki, yanğın Neftayırma zavodunun hasarının yaxınlığında, təxminən 4 ədəd 5000 kubmetrlik neft çənlərinə yaxın ərazidə olub.
"Küləyin gücündən yanğın daha böyük ərazini əhatə edib. Neft sektoruna böyük təhlükə yaranıb. Bununla əlaqədar, yanğın yerinə yüksək çağırış elan olunub. Saat 23:03 dəqiqədə yanğın tam məhdudlaşdırılıb, nəzarətə götürülüb. Neft sektoruna heç bir təhlükə yoxdur.
Hazırda söndürmə işləri davam edir. Qısa bir zamanda yanğın söndürüləcək. Yanğın 2 hektara yaxın ərazini əhatə edir. Əsas yanan məişət tullantıları və ağac qırıntıları, qamışlıqdır. Nə mülki nə də yanğınsöndürənlərdən xəsarət alan yoxdur. Hadisə yerinə Bakı qarnizonu qüvvə vasitələri 20 ədəd əsas yanğın avtomobili, 85 nəfər yanğınsöndürən cəlb olunub", - deyə nazirlik rəsmisi bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:53 / 24.07.2023
FHN: Qamışlıq ərazidə baş verən yanğının neft sektoruna heç bir təhlükəsi yoxdur
Hazırda oxunan: FHN: Qamışlıq ərazidə baş verən yanğının neft sektoruna heç bir təhlükəsi yoxdur
Hazırda oxunan: FHN: Qamışlıq ərazidə baş verən yanğının neft sektoruna heç bir təhlükəsi yoxdur
147818
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.