Saleh Məmmədovun tenderlərini udan şirkət cərimələndi — Ekoloji normaları pozduğuna görə...

Hazırda oxunan: Saleh Məmmədovun tenderlərini udan şirkət cərimələndi — Ekoloji normaları pozduğuna görə...

147784

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Siyəzən rayonunda fəaliyyət göstərən “2 nömrəli Yol İstismarı” MMC-yə məxsus asfalt zavodundan atmosfer havasına tüstünün yayıldığı müəyyən edilib. 

Bizim.Media xəbər verir ki, Xidmət rəsmisi Xaliq Mirzəyev Demokrat.az-a bildirib ki, araşdırma zamanı zavodda qaz-toz tutucu qurğunun quraşdırılmadığı üçün atmosfer havasına normadan artıq tullantının atıldığı məlum olub: 

“Faktla bağlı zavodun səlahiyyətli nümayəndəsi Xoşbəxt Adıgözəlov barəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində cərimələnib. Eyni zamanda, təmizləyici qurğunun quraşdırılması məqsədilə məcburi göstəriş verilib”. 
Qeyd edək ki, “2 nömrəli Yol İstismarı” MMC dəfələrlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tenderlərinin qalibi olub.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin