Bakının mərkəzinin çirkab suları ilə büründüyünü xəbər vermişdik. Həmçinin Yasamal rayonu, Nəcəf bəy Vəzirov küçəsi 26 -nın kanalizasiya suları ilə dolduğunu əks etdirən görüntülər təqdim etmişdik.
Sakinlərin dediyinə görə iki aya yaxındır yolun hərəkət hissəsinə çirkab suları dolub. Əraziyə üfunətdən daxil olmaq mümkün deyil.
Məsələ Bizim.Media-da ictimailəşəndən sonra əlaqədar qurumlar problemə əncam çəkib.
MÖVZU İLƏ BAĞLI:
Nəsimi Rayon İcra Hakimiyyəti çoxillik ağacları niyə MƏHV EDİR? – FOTO/VİDEO
“Azərsu” ASC-nin əməkdaşları əraziyə təhkim olunub və kanalizasiya sularının axıdıldığı küçəni təmizləyiblər.
Bizim.Media-ya bu barədə məlumat verən sakinlər çirkab sulardan təmizlənmiş küçənin yeni görüntülərini təqdim ediblər.
Alçina Amilqızı, Bizim.Media