Cavanşir Məmmədovun keçmiş kürəkəni məhkəmə zalında həbs OLUNDU

Hazırda oxunan: Cavanşir Məmmədovun keçmiş kürəkəni məhkəmə zalında həbs OLUNDU

147681

Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın qeyri-rəsmi nikahda yaşadığı keçmiş həyat yoldaşı Mustafa Kemal İbilinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. 

Hökmə əsasən M.Kemal İbili dələduzluqda təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.  

Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Kemal İbili Cavanşir Məmmədov və ailə üzlərinin 40 min dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. M.K.İbili isə özünü təqsirli bilmir, əksinə zərərçəkmiş olduğunu bildirir.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci( dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində istintaq dövrü müddəti üçün polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin