Bu il Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.
Bunu Bizim.Media-ya açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid bildirib.
MÖVZU İLƏ BAĞLI:
Əfv Komissiyasında baxılan müraciətlərin sayı 850-ni ötdü
Onun sözlərinə görə Əfv Komissiyasının 9 iclası keçirilib və 1000-dən artıq müraciətə baxılıb:
“Sonuncu iclas qalıb ki, o da bu həftənin çərşənbə günü baş tutacaq. Bununla da Komissiya öz işini yekunlaşdıracaq. Ondan sonra sənədlər cənab prezidentə təqdim olunacaq. Çox güman ki, Novruz bayramına əfv sərəncamı imzalanacaq”, deyə Komissiya üzvü əlavə edib.
Alçina Amilqızı, Bizim.Media