Rusiya sülhməramlıları Kəlbəcər rayonuna humanitar yükün çatdırılmasını təmin edib.
Bizim.Media Rusiya Müdafiə Nazirliyinin saytına istinadla məlumat verir ki, Humanitar Reaksiya Mərkəzinin yeddinci karvanı 20 hərbi yük avtomobilindən ibarət 130 tondan çox yükü sosial obyektlərin, yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpa olunması məqsədilə Kəlbəcər rayonuna çatdırıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiya MN Kəlbəcərlə bağlı məlumat yaydı
Ümumilikdə, Rusiya sülhməramlılarının köməyi ilə yeddi avtomobil karvanı ilə təxminən 1300 ton yük daşınıb.
Bizim.Media