Şərur rayon Təhsil Şöbəsinə yeni müdir TƏYİNATI - FOTO

Hazırda oxunan: Şərur rayon Təhsil Şöbəsinə yeni müdir TƏYİNATI - FOTO

147467

Şərur rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub. 

Bizim.Media "nuhcixan.az"a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov əmr imzalayıb. 

Əmrə əsasən, Əli Mehdiyev Şərur rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə gətirilib. 

Yeni müdiri kollektivə R.Məmmədov və Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İmran Əliyev təqdim edib. 

Qeyd edək ki, Ə.Mehdiyev 27 il pedaqoji staja malikdir, əvvəllər Şərur şəhər 1 nömrəli məktəbin təlim tərbiyyə işləri üzrə direktor müavini və direktoru işləyib. 

Son iş yeri isə Bakı şəhər 136 nömrəli tam orta məktəbdə direktor müavini vəsifəsi olub. 

Şərur rayon Təhsil Şöbəsinin bundan əvvəlki müdiri Malik İsmayılov isə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aparat rəhbəri təyin olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin