Oğuz rayonunda "TIR"ın qəza törətdiyi ərazidə bağlanan magistral yol açılıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Oğuzda Qazaxıstan vətəndaşının idarə etdiyi "TIR" qəzaya DÜŞDÜ - Yol BAĞLANDI
Bildirilib ki, qəzadan dərhal sonra Yol Patrul Xidmətinin əməkdaşları əraziyə cəlb olunub.
Daha sonra yük avtomobili həmin ərazidən götürülüb və avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.
Qeyd edək ki, bu gün səhər saatlarında Qazaxıstan vətəndaşının idarə etdiyi yük avtomobilinin sürücüsü idarəetməni itirmiş, nəticədə nəqliyyat vasitəsinin qoşqusu yolun müəyyən hissəsini bağlamışdı.
Bizim.Media