Dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri təhlükəsizliyin maksimum təmin edilməsinə yönəlsə də, dəmiryolu keçidlərində baş verən yol qəzaları narahatlıq doğurur.
Bizim.Media “avtosfer.az”a istinadən xəbər verir ki, günümüzdə baş vermiş qəzalar sırasında dəmir yollarında cərəyan edən yol-nəqliyyat hadisələrinin payı getdikcə artmaqdadır.
Təbii ki, əksər qəzalarda olduğu kimi, elə bu sahədə törədilən bədbəxt hadisələrin kökündə də qayda pozuntusu dayanır.
Son zamanlarda bu sahədə baş vermiş yol-nəqliyyat hadisələrinin artdığını bildirən Elməddin Muradlı özəlliklə sürücülər arasında tez-tez dəmir yolu keçidlərindən keçmə hallarının pozulması ilə qarşılaşdığını vurğulayıb.
Məsələ ilə bağlı açıqlama verən hüquqşünas Ərşad Hüseynov dəmir yolunda hərəkət edən nəqliyyat vasitələrinin tormozlanma sisteminin tamamilə fərqli mexanizmdə olduğunu söyləyib.
Belə ki, o, 90 km/saat sürətlə hərəkət edən avtomobili iki saniyədə 10 metr məsafədə dayandırmaq mümkün olduğu halda qeyd edilən sürətdən qat-qat aşağı sürətlə (10-20 km/saat) irəliləyən qatarı saxlamaq üçün yüzlərlə metr məsafənin olmasını vurğulayıb. Ona görə də, sürücü yaxınlıqda qatar varsa “onun da əyləci var” düşüncəsi ilə hərəkət edərək həyatını təhlükəyə atmamalı və baş verəcək qəzanın qarşısını almalıdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
07:30 / 21.07.2023
Dəmir yolu keçidlərində qəzalar bu səbəblərdən baş verir
Hazırda oxunan: Dəmir yolu keçidlərində qəzalar bu səbəblərdən baş verir
Hazırda oxunan: Dəmir yolu keçidlərində qəzalar bu səbəblərdən baş verir
147250
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.