Bakıda zibillikdə tapılan körpənin anasına cinayət işi AÇILDI

Hazırda oxunan: Bakıda zibillikdə tapılan körpənin anasına cinayət işi AÇILDI

147189

Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl Bakıda zibillikdə tapılan körpə ilə bağlı məlumat yayıb. 

DİN-dən Bizim.Media-ya verilən xəbərə görə, iyulun 17-də Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması və polis əməkdaşları tərəfindən tibb müəssisəsinə yerləşdirilməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar aparılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda körpəsini zibil qutusuna atan qadının kimliyi BİLİNDİ - YENİLƏNİB 


Körpəni məişət tullantıları qutusuna atan ana S.Qasımova saxlanılıb, onun izahatı alınıb və zəruri istintaq hərəkətləri icra edilib.

Toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsinin əlamətləri olduğundan həmin maddə ilə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, S.Qasımova təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. İş üzrə müvafiq istintaq hərəkətləri və araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin